DÇ-2018-ə vəsiqə qazanan ilk komanda müəyyənləşdi

29 Mart 2017 11:45 (UTC+04:00)

Futbol üzrə 2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanan ilk komandanın adı müəyyənləşib.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, Braziliya milli komandası 21-ci dəfə mundialda iştirak etmək imkanı qazanıb. Uruqvay milli komandası səfərdə Peru yığmasına 1:2 hesabı ilə uduzmaqla Adenor Leonardo Bakşinin (Tite) baş məşqçi olduğu kollektivin mundiala birbaşa vəsiqə verən ilk "4-lük"də yerini təmin etməsinə şərait yaradıb.

Qeyd edək ki, 2018-ci il dünya çempionatının final mərhələsi 14 iyun - 15 iyulda Rusiyada keçiriləcək. Bu yarış 5 qat dünya çempionu olan Braziliya yığmasının iştirak edəcəyi 21-ci mundial olacaq.