Tramp “iPhone”u seçdi

29 Mart 2017 17:13 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik məqsədi ilə “Android” smartfonlarından imtina edərək, “iPhone”a keçib.

Movqe.az-ın məlumatına görə, bu barədə Tramp Administrasiyasının rəsmisi sosial şəbəkə vasitəsilə bildirib.

Məlumatda qeyd olunur ki, D.Tramp artıq bir neçə həftədir ki, “Apple” şirkətinin məhsulundan istifadə edir.

Qeyd edək ki, ABŞ prezidenti seçki kampaniyası dövründə 14 nəfərin qətlində şübhəli bilinən terrorçunun telefonu barədə məlumatlar təqdim etmədiyi üçün kəskin tənqid edilmişdi.