Kamil Zeynallı ATV-dən getdi

29 Mart 2017 17:05 (UTC+04:00)

Qalmaqallı idmançı Kamil Zeynallı ATV-də aparıcılıq etdiyi verilişdən gedib.

Movqe.az xəbər verir ki, Milli.Az-a daxil olan məlumata görə "Kişi klubu" verilişinin aparıcısı Kamil Zeynallı ATV-dən gedib.

Belə ki, bazar günü efirə gedən verilişdə Kamilin yerinə ixtisasca həkim olan Cahid Şahbazov verilişi aparıb.
Qeyd edək ki, teleaparıcı son illər jurnalistlərlə qalmaqal yaşayırdı.