Azərbaycanda tələbələrə metroda gediş haqqında güzəşt ediləcək

6 Fevral 2013 16:35 (UTC+04:00)
Tələbələrə metroda gediş haqqında endirim edilə bilər. Bu barədə məlumatı Movqe.az-a EYCA-nın Azərbaycandakı üzvü olan, Xəzər İnvestitsiya Mərkəzinin rəhbri Elşən Musayev verib. E. Musayevin sözlərinə görə, tələbələrə verilən tələbə kartlarında gələcəkdə nəqliyyatda gediş haqqında da endirim edilməsi nəzərdə tutulub: "Bunun üçün biz Bakı Metropoliteninə müraciət edəcəyik. Amma bundan əvvəl gərək dövlət tərəfindən bunun üçün razılıq olsun. Çünki metropolitenə dövlət tərəfindən dotasiya ayrılır. Bu ictimai nəqliyyat vasitəsi dövlətin tabeliyindədir".
E. Musayev nəqliyat sektorunda bu cür endirimlərin edilməsinin tələbələr üçün vacib olduğunu, bu layihənin məqsədinin tələbələrin sosial vəziyyətinə dəstək xarakteri daşıdığını bildirdi: "Ola bilsin ki, rayonlardan paytaxta sərnişin daşıyan avtobuslarda da tələbə kartları vasitəsilə endirimlər edilsin. Bunun üçün danışıqlar aparılacaq. Tələbə kartları ilə əməkdaşlıq edən obyektlər nə qədər çox olsa, bir o qədər yaxşıdır". Deyə Elşən Musayev bildirib.