Səhiyyə Nazirliyində korrupsiyaya qarşı mübarizə planı müzakirə olunub

30 Mart 2017 10:00 (UTC+04:00)

Səhiyyə Nazirliyinin bu il üçün iş planını müzakirə etmək məqsədi ilə toplantı keçirilib.

Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, tədbirə Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva sədrlik edib.
Nazirliyin şöbə və sektor rəhbərlərinin iştirak etdiyi toplantıda korrupsiyaya qarşı mübarizə, açıq hökumətin təşviqi məsələlərinə dair şöbələr üzrə görülən və rüblər üzrə nəzərdə tutulan tədbirlər müzakirə edilib.
Sonda toplantı iştirakçılarına müvafiq tapşırıq və tövsiyələr verilib, plandan irəli gələn bir sıra məsələlərin həlli barədə məlumatların vaxtında hesabat xarakterli toplanması tapşırılıb.