Həmyerlisini qətlə yetirdi-Azərbaycanda

30 Mart 2017 13:10 (UTC+04:00)

Yevlax rayonunda qətl hadisəsi törədilib. Daxili İşlər Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, martın 29-da Yevlax rayonunun Hacıselli kəndində rayon sakini Azaq Musayev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmyerlisi Tağı Qurbanovu qətlə yetirib.

Yevlax RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə A.Musayev tutulub, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ" markalı tüfəng götürülüb.