“Park Bulvar”da cinayət törətmiş qız tutuldu

30 Mart 2017 14:22 (UTC+04:00)

Bakıda ticarət mərkəzində oğurluq hadisəsi baş verib. Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 27-də Səbail rayonu ərazisində yerləşən "Park Bulvar" ticarət mərkəzindəki mağazalardan birindən geyim əşyaları oğurlanıb. Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Balakən rayon sakini Nərmin Dibirova saxlanılıb.