Zəlzələ olub

6 Fevral 2013 12:51 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Cənubi Sakit okeanda meydana gələn 8 bal şiddətindəki zəlzələnin ardınca yaranan təxminən 1,5 metr yüksəkliyindəki sunaminin Solomon adalarında yerləşən çox sayda evə ziyan verdiyi bildirilib.
Amerika Geoloji Araşdırmalar Mərkəzi, zəlzələnin Solomon Adalarının şərqindəki Temotu əyalətində yerləşən Lata şəhərinin 81 kilometr qərbində, dənizin 5,8 kilometr dərinliyində meydana gəldiyini açıqlayıb. Sakit okean Sunami Xəbərdarlıq Mərkəzinin zəlzələnin ardınca etdiyi sunami xəbərdarlığı ilə bölgə xalqı, yüksək yerlərə qaçıb. Nauru, Papua Yeni Qvineya, Tuvalu, Yeni Caledonya, Kosrae, Fici, Kiribati, Wallis, Futuna, Amerikan Samoa, Avstraliya, Yeni Zelandiya Endonzya üçün sunami xəbərdarlığı edilib.