Bu gün Neftçilər prospektində hərəkət məhdudlaşdırılacaq

30 Mart 2017 16:30 (UTC+04:00)

Bu gün axşam saat 22:00-dan sabah səhər saatlarına qədər Bakının Neftçilər prospektinin Əziz Əliyev küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. 

Bu barədə "Azəravtoyol" ASC-dən movqe.az-a daxil olan məlumatda bildirilib.
"Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq",- deyə məlumatda qeyd edilib.