Rusiya XİN ötən ilin aprelində Dağlıq Qarabağda baş vermiş toqquşmaların ildönümü ilə bağlı bəyanat verəcək

30 Mart 2017 23:00 (UTC+04:00)

Rusiya Xarici İşlər Nazirliyi ötən ilin aprelin 2-də Dağlıq Qarabağda münaqişənin eskalasiyasının ildönümü ilə bağlı bəyanat hazırlayacaq. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.