Ən çox tələbə qovan ali məktəblər

7 Fevral 2013 12:01 (UTC+04:00)
"Tələbə-məzun" Dövlət Elektron Məlumat Sisteminin istifadəyə verildiyi 28 mart 2012-ci il tarixindən bu il yanvarın 14-ə qədər Azərbaycanda ən cox tələbə xaric edən məktəb Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universiteti olub. Movqe.az-ın sistemin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, həmin dövrdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 785 nəfəri tələbələr sırasından xaric edib. Bu siyahıda 2-ci yerdə Azərbaycan Texniki Universiteti (274 nəfər), 3-cü yerdə Azərbaycan Dövlət İqtisad Universiteti (258), 4-cü yerdə Azərbaycan Memarlıq və İnşaat Universiteti (222 nəfər), 5-ci yerdə Bakı Musiqi Akademiyası (211 nəfər), 6-cı yerdə Azərbaycan Texnologiya Universiteti (183 nəfər), 7-ci yerdə Azərbaycan Dövlət Pedaqoji Universiteti (143 nəfər), 8-ci yerdə Dövlət Neft Akademiyası (122 nəfər), 9-cu yerdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (118 nəfər), 10-cu yerdə Azərbaycan Müəllimlər İnstitutununun Quba filialı (110 nəfər) dayanır. Siyahıdakı sonrakı yerləri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (108 nəfər), Azərbaycan Turizm İnstitutu (105 nəfər), Azərbaycan Tibb Universiteti (97 nəfər), Azərbaycan Müəllimlər İnstitutununun Şamaxı filialı (97 nəfər), Azərbaycan Dövlət Aqrar Universiteti (94 nəfər), Gəncə Dövlət Universiteti (82 nəfər), Azərbaycan Müəllimlər İnstitutununun Salyan filialı (80 nəfər), Ağcabədi filialı (74 nəfər), Şəki filialı (71 nəfər), Mingəcevir Politexnik Institutu (59 nəfər), Bakı Dövlət Universiteti (57 nəfər), Bakı Slavyan Universiteti (57 nəfər), Azərbaycan Dillər Universiteti (56 nəfər), Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (53 nəfər), Azərbaycan Müəllimlər İnstitutununun Cəlilabad filialı (46 nəfər), Azərbaycan Müəllimlər İnstitutununun Sumqayıt filialı (40 nəfər), Azərbaycan Milli Konservatoriyası (41 nəfər), Lənkəran Dövlət Universitetidir (39 nəfər). Nisbətən az tələbə xaric edən məktəblər Naxçıvan Dövlət Universiteti (34 nəfər), Azərbaycan Müəllimlər İnstitutununun Mingəcevir filialı (32 nəfər), Qazax filialı (29 nəfər), Milli Aviasiya Akademiyasıdır (29 nəfər). Naxçıvan Müəllimlər İnstitutu (28 nəfər), Azərbaycan Müəllimlər İnstitutununun Gəncə filialı (27 nəfər), Sumqayıt Dövlət Universiteti (25 nəfər), Azərbaycan Müəllimlər İnstitutununun Zaqatala filialı (20 nəfər), Moskva Dövlət Universitetinin Bakı filialı (19 nəfər), Azərbaycan Kooperasiya Universiteti (17 nəfər), Azərbaycan Müəllimlər İnstitutu (9 nəfər), Azərbaycan Diplomatik Akademiyası (9 nəfər), Azərbaycan Dəniz Akademiyası dır (4 nəfər). Özəl ali məktəblər arasında ən cox tələbə xaric edən məktəb Xəzər Universitetidir (559 nəfər). Bu siyahıda sonrakı yerləri Qafqaz Universiteti (237 nəfər), Bakı Asiya Universiteti (229 nəfər), Qərb Universietti (183 nəfər), Azərbaycan Universiteti (134 nəfər), Elm və Təhsil "Təfəkkür" Universiteti (88 nəfər), Bakı Avrasiya Universiteti (78 nəfər), Naxçıvan Özəl Universteti (50 nəfər) tutur. Özəl ali məktəblər arasında nisbətən az tələbə xaric edən məktəblər Bakı Biznes Universiteti (34 nəfər), Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası (34 nəfər), Bakı Qızlar Universiteti (26 nəfər), "Odlar Yurdu" Universitetidir (19 nəfər).
Sistemin statistik məlumatlarına görə, qeyd edilən müddət ərzində Azərbaycanda ali və orta ixtisas səviyyəsi pilləsi üzrə 5026 tələbə təhsil haqqının ödənilməməsi, dərs buraxma və öz xahişi ilə xaric edilib. Bu səbəblərlə əlaqədar tələbələr sırasından xaric edilənlərin çoxu - 2153 nəfər tam orta təhsil bazasından orta ixtisas təhsili alanlar olur. Qeyd edilən səbəblərlə əlaqədar tələbələr sırasından xaric edilənlərin 1946-ı ali təhsilin bakalavr, 312 nəfəri magistratura, 615 nəfəri ü2mumi orta təhsil bazasından orta ixtisas təhsili alanlar olub. Ötən il martın 28-dən bu il yanvarın 14-ə qədər 2595 nəfər digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar, ali təhsilin bakalavriat səviyyəsi üzrə təhsil alan 1076 tələbə təhsil müəssisəsinin fəaliyyəıtinin dayandırılması ilə əlaqədar məktəbdən xaric edilib. Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ölkə Prezidentinin fərmanı ilə yaradılan "Tələbə-Məzun" Dövlət Elektron Məlumat Sisteminə 1992-2012-ci illərdə TQDK tərəfindən keçirilən qəbul imtahanları nəticəsində tələbə statusu qazanmış 738 007 şəxs haqqında məlumat daxil edilib. Hazırda isə bazada 741 806 şəxs haqqında məlumat var. Bazaya məlumatlar təhsil müəssisələrinin özləri tərəfindən daxil edilir.