Nazir içkili vəziyyətdə avtomobil sürüb
7 Fevral 2013 17:48 (UTC+04:00)
Movqe.Az bildirir ki, Almaniyanın Aşağı
Saksoniya əyalətinin Daxili İşlər Naziri Bernd Busemann, içkili
vəziyyətdə avtomobil idarə edərkən tutulub. Hannover şəhərində
avtomobil sürərkən polis tərəfindən dayandırılmış Busemann, polisin
yoxlaması nəticəsində alkometrdə spirt səviyyəsi 0,9 promil çıxıb.
Busemann, "Mən özüm özümə hirslənirəm. Yemək yedim və pivə içdim.
Ancaq avtomobil sürə bilmə qabiliyyətinə sahib olduğumdan əmin
idim." sözlərini deyib. Hadisəyə görə utandığını dilə gətirən
Busemann, üzr istəyib. Əyalətdə yeni hökümət qurulana qədər daxili
işlər naziri vəzifəsini davam etdirəcək Busemann, iki gün əvvəl
partiyası Xristian Demokratlar Birliyi (CDU) tərəfindən əyalət
məclis başçılığı vəzifəsinə namizəd göstərilib.