Evsiz qalan 4 min ailə otellərdə qalır
7 Fevral 2013 18:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, ABŞ-ın başda Nyu
York, Nyu Cersi və Konnektikut əyalətləri olmaq üzrə şərq bölgələri
də vuran Sendi qasırğasında evlərini itirən 3 min 639 ailə
yerləşdirildikləri otellərdə artıq dördüncü aydır ki qalırlar.
Keçən ilin oktyabr ayının sonunda meydana gələn Sendi qasırğasının
yaraları, fəlakətin üzərindən keçən uzun zamana baxmayaraq tam
mənasıyla sarılmayıb. 63 milyard dollarlıq ziyana gətirib çıxaran
fəlakət səbəbiylə Nyu Cersi və Nyu Yorkda cəmi 4 min ailə evsiz
qalıb. Mülk problemləri həll olana qədər müvəqqəti olaraq otellərə
yerləşdirilən zərər çəkmişlər üçün Federal Təcili Yardım İdarə
Agentliyi və Nyu York Evsiz Xidmətləri Şöbəsi tərəfindən təxminən
236 dollar otaq ödənişi ödənib. ABŞ Senatının təsdiq etdiyi 50,5
milyard dollarlıq kömək paketi ilə cəmi 60,2 milyard dollara çatan
yardım mənzil istehsalı üçün istifadə ediləcək.