Aparıcı hamını şoka saldı

7 Fevral 2013 19:13 (UTC+04:00)

Movqe.Az bildirir ki, Məşhur aparıcını bənövşəyi rəngli alt paltarı ilə qaçarkən görənlər gözlərinə inana bilməyib. "Extra" proqramının aparıcısı Mario Lopez, "Super Bowl" üçün girdiyi mərci uduzduğuna görə soyunub. İngilis qəzetlərindən "The Daily Mail"-in saytında yer alan xəbərə görə, Amerika Milli Futbol liqasının "Super Bowl" olaraq adlandırılan final matçı üçün yoldaşıyla girdiyi mərci uduzan 39 yaşlı məşhur aparıcı Mario Lopez Los Anceles küçələrində bənövşəyi rəngli alt paltarı ilə qaçıb. Mərci uduzaraq sözünə sadiq qalmaq istəyən Mario Lopez, çəkilişlərin edildiyi böyük bir alış-veriş mərkəzində söz verdiyi kimi yalnız bənövşəyi bir alt paltarı və qazanan rəqib komandanın kaskası ilə qaçarkən kameralara çəkilib.