Rusiyada hər üç xarici valideyndən biri Azərbaycan vətəndaşıdır

8 Fevral 2013 11:03 (UTC+04:00)

2012-ci ildə Rusiyanın Udmurt Respublikasında dünyaya gələn 242 körpənin ya bir, ya da hər iki valideyni xarici vətəndaşdır. Bu barədə Vətəndaş Vəziyyətləri Aktlarının Qeydiyyatının (VVAQ) Udmurt üzrə İdarəsinin məlumatında bildirilir.

Məlumata görə, xarici vətəndaşlar arasında hər üç valideyndən biri Azərbaycan vətəndaşıdır.

Əcnəbi valideynlər arasında Özbəkistan, Tacikistan, Misir, Türkiyə, Vyetnam, Almaniya, Suriya, Yəmən vətəndaşları da var. Rusiyanın Udmurt Respublikasında 2012-ci ildə övladlığa götürməklə bağlı 169 akt qeydi tərtib olunub. Məlumata görə, övladlığa götürülən uşaqlar İtaliya, ABŞ, İspaniya, Fransa, Yunanıstan və Portuqaliyaya aparılıb.