Tanınmış aktrisa futbolçu sevgilisini məhkəməyə verib

8 Fevral 2013 12:48 (UTC+04:00)

Türkiyənin populyar aktrisası Ceren Hindistan ötən ildən sıx münasibətdə olduğu Özer Hurmacıya qarşı iddia qaldırıb.Aktrisanın sözçüsü Hakan Altuğ C.Hindistanın məhkəməyə üz tutmasının Ö.Hurmacı tərəfindən döyülməsi ilə əlaqələndirib.

Vəkilin sözlərinə görə, aktrisa döyülməsi ilə əlaqədar tibbi ekspertizadan müvafiq rəy də alıb.
Xatırladaq ki, C.Hindistan əsasən, TRT-1 kanalında 2009-cu ildən nümayiş olunan "Sakarya Fırat" serialında yaratdığı Nihan obrazı ilə populyarlaşıb.
2012-ci ilə qədər "Fənərbağça"nın heyətində olmuş Ö.Hurmacı isə hazırda Türkiyənin yüksək liqa komandası olan "Kasımpaşa"nın şərəfini qoruyur.