"Gossip Girl"ün ulduzu Adam Brodini seçib

8 Fevral 2013 14:38 (UTC+04:00)
Movqe.az xəbər verir ki, "CNBC"də ötən həftə son bölümü yayımlanan "Gossip Girl"ün ulduzu Leyton Mester Adam Brodini seçib. 26 yaşlı Mester 33 yaşındakı aktyor Adam Brodi ilə birlikdə olduğunu təsdiqləyib. "The Oranges"da rol alan Brodi Mester, çəkilişlər əsnasında yaxınlaşıb. Cütlük, münasibətlərini gözlərdən uzaq yaşamağa üstünlük verir.