Ən çox satın alan şirkətlər

8 Fevral 2013 16:23 (UTC+04:00)
Movqe.Az bildirir ki, "Facebook" və "Google" ABŞ-da keçən ilin ən çox satın alış edən şirkət ünvanını paylaşıb. İki şirkət eyni zamanda, bu sahədə birinciliyi əldə edən ilk xüsusi firmalar olub. Texnologiya dünyasının iki böyük rəqibi "Facebook" və "Google", 2012-ci ildə etdikləri satın almalara bir qanun imza atıb. İki şirkət, milyard dollarlarla satın alışlarda ABŞ-ın bütün dövlət təşkilatlarını geridə buraxıb. "PrivCo" bazara araşdırma şirkətinin təqdim etdiyi hesabata görə, ABŞ-da keçən il 2 min 357 şirkət satın alınıb​​ və bunlara cəmdə 84 milyard dollar xərclənib. Bu rəqəm, 2011-ci illə müqayisədə 2012-ci ildə 22 faizlik bir artım yaşandığını sübut edib. "Facebook" və "Google", satın aldıqları 16 şirkətlə 2012-ci ildə birinciliyi əldə edib.