Ağdamda elektrik bədbəxt hadisə nəticəsində ölüb

17 Aprel 2017 14:12 (UTC+04:00)

Ağdamda bədbəxt hadisə qeydə alınıb. Movqe.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Üçoğlan kəndində baş verib.
Kənd sakini, 1964-cü il təvəllüdlü Mahmudov Yaqub Mütəllim oğlu  elektrik xətlərini bağlayan zaman ehtiyatsızlıqdan cərəyan vurması nəticəsində ölüb.
 
Y.Mahmudov Ağdam Rayon “Paylayıcı elektrik şəbəkəsi”nin əməkdaşı olub.
 
Faktla bağlı araşdırma aparılır.