Xırdalanda ev yanıb

17 Aprel 2017 19:00 (UTC+04:00)

Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 56 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağında 2 m2 sahədə döşəmə yanıb.

Fövqəladə Hallar Nazirliyindən  Movqe.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 09:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.