Timoşenka aclıq aksiyasına başlayıb

25 Aprel 2012 12:29 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, Ağır şərtlərlə həbs edilən Ukraniyanın keçmiş baş naziri  Yuliya Timoşenka aclıq aksiyasına başlayıb. Onun vəkili Sergey Vlassenko müvəkkilinin ölkədəki "siyasi təzyiqlər" ə etiraz etmək üçün cümə günü aclıq aksiyasına başladığını deyib. Timoşenka ölkədəki siyasi təzyiqlərə son qoymaq istədiyini qeyd edib.

Xatırladaq ki, Timoşenka 2009-cu ildə Rusiya ilə qeyri-qanuni müqavilə bağlamaqda günahlandırılaraq 7 il həbs cəzasına məhkum edilib.

Əfqanə Məzahirqızı