59 yaşlı kişi intihar etdi

20 Aprel 2017 14:37 (UTC+04:00)

Mingəçevir şəhərində intihar hadisəsi baş verib. Movqe.az-ın  “Report”a istinadən xəbərinə görə, 1958-ci il təvəllüdlü Rüfət Aslanov özünü yaşadığı yataqxanada asaraq intihar edib.

R.Aslanov Ağdam rayonundan məcburi köçkün düşüb. O, Mingəçevirdə yataqxanada məskunlaşıbmış.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.