Bakı sakini hədələnərək 720 min dollarlıq borc sənədinə imza atıb

20 Aprel 2017 20:30 (UTC+04:00)

Bakı sakini hədə-qorxu ilə borc sənədinə imza atdığını idda edir. “Report”un xəbərinə görə, 1989-cu il təvəllüdlü Abbas Məmmədəliyev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, Nərimanov rayonunda Arif adlı şəxs ona hədə-qorxu gələrək notariat kontorunda 720 000 ABŞ dolları borcu olması barədə sənəd imzalamağı tələb edib. Nəticədə A.Məmmədəliyev sənədi imzalayıb. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.