Kollecdəki korrupsiya şəbəkəsi ifşa edilib

9 Fevral 2013 12:55 (UTC+04:00)

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən Bakı Dövlət Sosial İqtisad Kollecində uzun müddət fəaliyyət göstərən korrupsiya şəbəkəsi ifşa edilib. Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. E. Sultanov deyib ki, kollecin direktoru və digər 3 əməkdaş həbs edilib. O, əlavə olaraq geniş aşıqlama veriləcəyini bildirib.