Fövqəladə hal elan edilib

9 Fevral 2013 14:32 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ABŞ-ın şərq sahilləri qar qasırğasına təslim olub. New York, Massachusetts, Connecticut, New Hampshire Rhode Island əyalətlərində fövqəladə hal elan edilib. İndiyə qədər qasırğadan bir nəfər həlak olub. 35 santimetr olması gözlənilən qar qalınlığı indidən 47 santimetr olub. Qasırğa səbəbiylə 500 min nəfərə elektrik verilə bilmir. Rəsmilər, əyalətlər arası yollar başda olmaqla bütün yollarını boşaldılmasını istəyib. Məcbur olmadıqca heç kəsin evindən çıxmaması xəbərdarlığı edilib. Qar səbəbiylə 5 minə yaxın uçuş ləğv edilib.