Fransada keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb

23 Aprel 2017 19:30 (UTC+04:00)

Fransada keçirilən prezident seçkilərin ilkin nəticələri açıqlanıb.

Movqe.az-ın məlumatına görə, prezidentliyə namizəd, sol hərəkatın lideri Jan-Luk Melanşon Fransanın üç dənizaşırı ərazilərdə - Sen-Pyer və Mikelon, Martinik və Qvianada hamıdan çox səs toplayıb.

Qeyd edək ki, Fransada bu gün yerli vaxtla saat 8:00-də prezident seçkilərində səsvermə başlayıb. Ölkədə 66,5 min seçki məntəqəsi faliyyət göstərir.

Seçki məntəqələri saat 19:00-20.00-da bağlanacaq.