ABŞ və Çin liderləri Koreyanı telefonda müzakirə etdilər

24 Aprel 2017 09:30 (UTC+04:00)

Çin lideri Si Tszinpin və ABŞ prezidenti Donald Tramp arasında Koreya yarımadası probleminin nizamlanmasına həsr olunmuş telefon söhbəti baş tutub. Movqe.az-ıntrend-ə istinadən  məlumatına görə, Mərkəzi Çin Televiziyasının yaydığı xəbərə görə, həmçinin Çin və ABŞ münasibətləri də telefon söhbətinin müzakirə mövzusu olub.

Telefon söhbəti zamanı Çin lideri bildirib: "Ümid edirəm ki, bütün tərəflər Koreya məsələsində təmkin nümayiş etdirəcəklər. Bütün tərəflər gərginliyi artıracaq qərarlardan çəkinməlidirlər".