Dünyanın diqqəti Fransada: Makron qalib gəldi

24 Aprel 2017 09:23 (UTC+04:00)

Fransada keçirilən prezident seçkilərində bülletenlərin 100 faizi hesablanıb.

Sabiq iqtisadiyyat naziri, “En Marche” Hərakatının lideri Emmanuel Makron 23,75%, “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen isə 21, 53 % səs toplayıb. 

Respublikaçıların namizədi Fransua Fiyon 19,91 faiz səslə üçüncü, solçu namizəd Jan-Lyuk Melanşon isə 19,64 faiz səslə dördüncü yerdə qərarlaşıb.

azvision.az