Həbsdə olan MTN generalının məhkəməsinin vaxtı açıqlanıb

24 Aprel 2017 14:54 (UTC+04:00)

Ləğv olunmuş MTN-in sabiq Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və digərlərinin cinayət işi üzrə məhkəmənin başlama vaxtı məlum olub.
 
Movqe.az-ın APA-ya istinadən  məlumatına görə, cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Elbəyi Allahverdiyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 27-ə təyin edilib.

Xatırladaq ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. 

Daha sonra MTN barəsində aparılan istintaq zamanı o, tutduğu vəzifədən azad edilərək general-mayor MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. 

Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs olunub.