Rza Zərrab üçün mühüm gün - Ebru onu tək buraxdı

24 Aprel 2017 19:36 (UTC+04:00)

Müğənni Ebru Gündeşin əri, iş adamı Rza Zərrab bu gün yenidən hakim qarşısına çıxır.

Movqe.az milli.az-a istinadən bildirir ki, Zərrab haqqında 75 il həbs və 50 milyon dollar cərimə tələb olunan məhkəmədə iş adamını vəkillər qrupu müdafiə edəcək.

Bu qrupda ABŞ prezidenti Donald Trampa yaxınlığı ilə tanınan Nyu-Yorkun keçmiş bələdiyyə sədri Rudolf Giuliiani da yer alıb.

Qeyd edək ki, Ebru Gündeşin ərinin məhkəməsinə getmədiyi məlum olub.