Havanın soyuması məhsuldarlığı azaldacaqmı?-Rəsmi açıqlama

24 Aprel 2017 17:05 (UTC+04:00)

Artıq bir neçə gündür ki, ölkədə yaz fəslinə xarakterik olmayan hava şəraiti müşahidə olunur. Hidrometerioloqların proqnozuna görə, sabahdan hava daha da pisləşəcək. Qar yağacağı, dolu düşəcəyi gözlənilir. Bəs görəsən mövcud hava şəraiti kənd təsərrüfatına hansı təhdid yaradır? 
Kənd təsərrüfatı nazriliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Movqe.az-a açıqlamasında bildirib ki, hazırki hava şəraitinin kənd təsərrüfatı üçün ciddi təhlükə yaratmır. Onun sözlərinə görə, temperatur mənfi dərəcəyə düşərsə, kənd təsərrüfatında məhsuldarlıq aşağı düşə bilər: "Hazırki yağışın taxıla xeyri var. Hələki şaxtalı hava müşahidə olunmadığından, cəyirdəkli meyvələrin məhsuldarlığına bir təsiri yoxdur".
M. Hacıyevin sözlərinə görə, yağış yazlıq əkinlərin də əkinini ləngitmir: "Əkilən pampıq hələ cücərməyib. Pambığın əkini mayda da davam etdirilə bilər. Ona görə də, hava hələki yazlıq əkini ləngitmir. Yalnız temperatur əhəmiyyətli dərəcədə enərsə, çəyirdəkli meyvələrdə məhsularlığa təsir edə bilər".    
 

Zülfiyyə QULUYEVA