52 yaşlı kişi kirayə qaldığı ev sahibinin azyaşlı qızını zorladı

25 Aprel 2017 18:28 (UTC+04:00)

Türkiyənin Burdur rayonunda ibtidai məktəbin üçüncü sinif şagirdi olan 9 yaşlı D.Y.S.-nı 2 ay ərzində zorladığı iddia edilən 52 yaşlı Ersin K. haqda məhkəmə həbs qərarı çıxarıb.

Movqe.az  milli.az-a istinadən xəbər verir ki, qızın anası 37 yaşlı Dilek S.: "Qızım kiçik ürəyi ilə mübarizə aparıb. Qızım "Ana get danış. Hər kəs bilsin. Mənə edilənlər başqa uşaqlara edilməsin" dedi", - ifadələrini işlədib.
 
Üçüncü sinif şagirdi D.Y.S.-nın 2 mərtəbəli evlərinin yuxarı mərtəbəsində kirayədə qalan Ersin K. tərəfindən zorlandığı məlum olub. Təxminən 2 ay davam edən təcavüzdən qızının evlərinə qonaq gələn bir qohumlarının qızıyla söhbəti zamanı xəbər tutan Dilek S. E.K. haqqında polisə şikayət edib.

Polisin nəzarətə götürdüyü Ersin K. 16 apreldə həbs olunub.