Yaşayış binasının zirzəmisində avtomobil yanıb

26 Aprel 2017 20:30 (UTC+04:00)

Paytaxtda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən qarajda avtomobil yanıb.

Movqe.az  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində vətəndaşa məxsus ümumi sahəsi 18 m² olan qarajın içərisində "MİTSHUBİSHİ" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və qaraj yanğından mühafizə olunub. Yanğın saat 11:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.