Məşhurlardan virus gəlir

11 Fevral 2013 15:30 (UTC+04:00)
Movqe.Az bildirir ki, Virtual aləmin "Facebook"dan sonra gələn sosial şəbəsəki "Twitter"də son zamanlar sürətlə artan bir virus yayılıb. Xüsusilə tanınmış müğənni, jurnalist kimi məşhurlardan gələn mesajlar təhlükə saçır. Mesajı açan istifadəçi qısaldılmış link olaraq gələn ünvana daxil olduqda virus avtomatik olaraq aktivləşir. Məşhur və tanınmış şəxslərin hesablarına girən hakerlərin yaratdığı güman edilən virus son zamanlar bir çox məşhurların ​​ünvanından tərəfdarlarına avtomatik olaraq göndərilməyə başlayıb artıq. Siyahınızda izlədiyiniz, abunə olduğunuz professor, aktyor və aktrisa, yazıçıı, müğənni kimi məşhurlardan gələn bu mesajları açmadan dərhal silin.