Üç rayonun əhalisi 2 gün qazsız qalacaq

27 Aprel 2017 16:29 (UTC+04:00)

Azərbaycanın üç rayonunun əhalisi iki gün mavi yanacaqsız qalacaq. Movqe.az xəbər verir ki, Bakı-Quba-Rusiya sərhəd yolunun 132-192-ci km-də tikinti işləri ilə əlaqədar aprelin 27-si səhər saat 8-dən Qusar, Quba, Xaçmaz rayonlarına təbii qazın verilişi dayandırılıb. "Azəriqaz" "Azəravtoyol"un müraciəti əsasında iki gün müddətində - aprelin 29-u səhər saat 8-dək təbii qazın olmayacağı barədə rayon icra hakimiyyətlərini məlumatlandırıb.