Azərbaycana humanitar yük idxalı 2 dəfə azalıb

27 Aprel 2017 18:00 (UTC+04:00)

Azərbaycana cari ilin birinci rübündə 3 384,21 min manat dəyərində humanitar yük, təmannasız kömək və texniki yardım idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49% azdır.

"Movqe" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
İxracda da azalma qeydə alınıb. Hesabat dövründə 17,35 min manat həcmində humanitar yük, təmannasız kömək və texniki yardım ixrac edilib ki, bu da illik müqayisədə 3 dəfə azalma deməkdir.