IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək ölkələrdən 27-nin idmançı sayı müəyyənləşib

27 Aprel 2017 19:00 (UTC+04:00)

Bakıdakı IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək ölkələrdən 27-si idmançılarının sayını müəyyənləşdirib. Movqe.az-ın məlumatına görə, Azərbaycan 335 idmançı ilə təmsil olunacaq.

Hələlik ikinci ən böyük say (307) Əlcəzairə məxsusdur. Pakistan Üçüncü (180 - 190) yerdə qərarlaşıb.
Azərbaycan: 335
Albaniya: 8
Banqladeş: 31
Burkina-Faso: 4
Çad: 30
Əfqanıstan: 141
Əlcəzair: 307
Fələstin: 84
İran: 145
İraq: 65
Malayziya: 37
Maldiv adaları: 33
Mozambik: 20
Nigeriya: 10
Oman: 60
Pakistan: 180 - 190
Qambiya: 13
Qayana: 18
Qətər: 50
Qırğızıstan: 40
Qvineya-Busau: 4
Səudiyyə Ərəbistanı: 170
Surinam: 11
Suriya: 30
Tunis: 60
Uqanda: 43
Yəmən: 9 - 13
Bəhreyn, Benin, Birləşmiş Ərəb Əmirliyi, Bruney, Cibuti, Fil Dişi Sahili, İndoneziya, İordaniya, Kamerun, Livan, Liviya, Mali, Mavritaniya, Mərakeş, Misir, Niger, Müstəqil İHİF idmançıları, Özbəkistan, Qabon, Qazaxıstan, Toqo, Qəmər adaları, Qvineya, Seneqal, Somali, Syerra-Leone, Tacikistan, Türkiyə və Türkmənistan hələ idmançı sayını müəyyənləşdirməyib.