3:23, 24 Sentyabr 2014-cü il

A+ Balacalaşdır A+ Böyütmək

Şəkər xəstələrinə xeyirli olan qidalar

2013-06-13 12:30:22


Mövqe.az Türkiyə mətbuatına istinadən şəkərli diabet xəstələrinə xeyirli olan qida məhsullarını sizə təqdim edir:








Sarımsaq

Təbii bir antioksidant olan sarımsağın faydaları saymaqla bitmir. Qanı təmizləməsi və qaraciyərə çox faydalı olması ilə yanaşı, təzyiqi də normallaşdırır. Damarların divarlarına çökmüş xolestrinin səviyyəsini aşağı salır. Sarımsaq həmçinin ürək əzələsini möhkəmləndirir, böyrək daşları hallarında da tövsiyyə olunur. Sidik yollarının infeksiyasına qarşı təsirli vasitələrdən biridir.



Süd

Süddə olan yağ turşuları qanda olan şəkərin miqdarını aşağı salır. Şəkər xəstələrinə səhər və axşam bir stəkan süd içmək məsləhətdir. Bundan başqa, süd orqanizmi möhkəmləndirir. Xroniki bronxit xəstəliyinin yaranmasının qarşısını alır. Mədədə yaranan problemləri aradan qaldırır. Mikroba qarşı təsirli vasitə hesab edilir




Ənginar

Qanda şəkərin miqdarının yüksəlməsinin qarşısını alır. Ona görə də, bu bitki şəkər xəstələrinin mətbəxində olmalıdır. Ənginar həmçinin qanda xolesterin və triqlitseridlərin səviyyəsini aşağı salan dərmanların istehsalında istifadə olunur. Ənginarın yarpaqlarında qaraciyərin və ödün funksiyasını qaydaya salan flavonoidlər var. Flavonoidlər həmçinin xərçəng xəstəliyin səbəblərindən biri olan sərbəst radikalların səviyyəsini aşağı salan güclü antioksidant hesab olunur.


Darçın

Darçın şəkəri salmaqla yanaşı, insulinin ifrazını da artırır. Şəkər xəstələrinə təbii bir dərmandır. Bundan başqa, darçın mədə narahatlıqlarında və qarın ağrılarında faydalıdır. Bağırsaq qurdlarının tökülməsinə və bağırsaq iltihabının yaxşılaşmasına kömək olur. Bədənin müqavimətini artırır.





Paxla

Paxla qlisemik indeksi ən aşağı olan tərəvəzdir və qanda şəkəri normada saxlayır. Ona görə də, lobya şəkər xəstələri üçün əhəmiyyətli qida sayılır. Paxla həzmi asanlaşdırır. Sidik yollarını təmizləyir. Böyrəklərə olduqca faydalıdır.





 Yer fıstığı

Yer fıstığı qanda olan şəkərin miqdarını aşağı salmaq xüsusiyyətinə malikdir. Sinir toxumaları, ürək, qaraciyər, və başqa orqanların fəaliyyətini yaxşılaşdırır. Hüceyrələrin böyüməsi və yenilənməsinə, qandakı xolesterinin miqdarının azalmasına kömək edir. Ödqovucu vasitə kimi istifadə olunur. 





Çay

Aparılan araşdırmalar göstərir ki,  qara çay  qanda olan şəkərin miqdarını azaldır. 
Ancaq, gündə 3 stəkandan artıq qara çay  içmək məsləhət deyil. 
Çay həmçinin, xolestrinin səviyyəsini aşağı salır. Susuzluğu yox edir, qaraciyəri təmizləyir. Tərkibindəki floridin sayəsində diş çürüklərinin qarşısını alır.
Böyrəklərin daha yaxşı işləməsini təmin edir. Çaydakı teobromin və teofilin maddələri sidikqovucu xüsusiyyəti ilə böyrəklərin düzgün işləməsini təmin edir.


Leyla RÜSTƏMOVA


Bu yazı 1471 dəfə oxunmuşdur.



Şərh yaz

Ad və soyadınız* :
E-mail* :
Şərhiniz* :
XƏBƏR LENTİ
MÜSAHİBƏ
Çox Oxunanlar
Bu Həftə
Bu Ay
RƏSMİ
KRİMİNAL
ULDUZ FALI

LAYİHƏ





















ARXİV

© Mövqe.az 2002-2014 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir

Site by: azDesign.ws

Warning: include_once(../photos/counter.txt): failed to open stream: No such file or directory in /home2/movqe/public_html/v5/index.php on line 1833

Warning: include_once(): Failed opening '../photos/counter.txt' for inclusion (include_path='.:/usr/lib/php:/usr/local/lib/php') in /home2/movqe/public_html/v5/index.php on line 1833




BİZİMLƏ ƏLAQƏ
(+99412) 449 82 44
(+99477) 3550131
[email protected]
Go to Top