5:42, 23 Noyabr 2014-cü il

A+ Balacalaşdır A+ Böyütmək

Banklar yenə də əhalini soymaqla məşğuldur

Vüqar Bayramov: «Azərbaycan kommersiya banklarının reytinqi birbaşa beynəlxalq maliyyə mənbələrinə çıxmağa imkan vermir»


Rəşad Həsənov: «Azərbaycan bankları sələmçilik funksiyasını yerinə yetirir, yüzlərlə başqa bank xidmətləri olduğu halda bunlardan istifadə edilmir»


2013-07-04 15:15:30

Dəfələrlə gündəmə gələn məsələlərdən biri də ölkə bankları təərfindən venrilən kreditlərin yüksək faizləri ilə bağlıdır. Lakin bu haqda səslənən bütün iradlara rəğmən, məsələ hələ də həllini tapmır. İstehlakçılar əvvəlki kimi yüksək faizlərlə kredit götürürlər. Mövqe.az-a açıqlamasında məsələyə münasibət bildirən iqtisadçi-ekspert Vüqar Bayramov qeyd edir: "Kredit faizlərinin bu qədər yüksək olması həqiyqətən də problemli məsələ olaraq qalır. Banklarda problemli kreditlərin həcminin artması kimi məsələlər də bu  akspektdən qiymətləndirilməlidir. Bu gün əslində, banklarda 1 milyard dollara yaxın problemli kreditlərin olması məhz bankların kreditlər üçün tətbiq etdikləri faizlərin yüksək olması ilə əlaqəlidir. Faizlərin yüksək olması banklardan asılı və asılı olmayan səbələrlə əlaqəlidir. Banklardan asılı olmayan səbəblər ondan ibarətdir ki, bankların cəlb etdiyi maliyyə resuslarının 7%-i Mərkəzi Bankın payına düşür. Mərkəzi Bankın mərkəzləşmiş kredit resusları qısa müddətlidir və adətən sağlamlaşdırıcı xarakter daşıyır. Bu baxımdan bankların maliyyə resursları əsasən qəbul etdikləri depozitlər hesabına olur. Kommersiya bankları bahalı cəlb etdikləri kreditləri  yüksək faizlərlə təklif etməyə üstünlük verirlər. Eləcə də iqtisadiyyatın digər sektorlarında faiz normasının yüksəkliyi bankları yüksək faizli kreditlər verməyə stimullaşdırır.  Komersiya banklarının Avropa və ABŞ-dan cəlb etdiyi vəsaitlərin həcmi nisbətən az olsa belə onların faiz dərəcəsi yüksəkdir. 
Azərbaycan kommersiya banklarının ən yaxşı reytinqi BBB-dir. Və bu da əksər hallarda birbaşa beynəlxalq maliyyə mənbələrinə çıxmağa imkan vermir. Bu tip bankların daha çox gəlir əldə etmək məqsədilə faiz dərəcələrini yüksək həddə təyin etməsi də məlum həqiqətdir. Qeyd edim ki, kommersiya banklarının əhalidən cəlb etdiyi əmanətlərin həcmi 5,9 milyard manat, kredit qoyuluşları isə 14  milyard manatdır. Yəni bu o deməkdir ki, kommersiya banklarının kredit qoyuluşunun 42%-i əmanətlər hesabın formalaşır. Onun 7%-i Mərkəzi Bankın mərkəzləşmiş krediti hesabına formalaşır. Praktiki olaraq kommersiya banklarının 
kredit qoyuluşunun 50%-i az fazizli əmanətlər hesabına formalaşır. Bu gün kommersiya banklarının cəlb etdiyi əmanətlər üzrə orta əmanət faizi 8%-dir. Bu o deməkdir ki, əslində kommersiya bankları əmanətləri 8% ilə cəlb edir. Lakin 8% ilə cəlb etdiyi əmanətləri  26% ilə  təklif edir. Digər problem isə kommersiya banklarının faiz göstəricilərinin nəinki Avropa ölkələri ilə, eyni zamanda MDB ölkələri ilə müqayisədə çox yüksək olmasıdır. Azərbaycan  bu gün ən yüksək faizli kredit verən 3 ölkə sırasındadır. Ölkəmiz, Belarus və Ukraynadan sonra 3-cü yerdədir». 
Ekspert faiz dərəcələrin aşağı düşməsini təmin edən şərtləri də açıqladı: "Mərkəzi Bankın sosial tipli nəzarəti gücləndirməsinə ehtiyac var.  Mərkəzi Bank inzibati yollarla kommersiya banklarına faizləri aşağı salmağa məcbur edə bilməz. Çünki kommersiya bankları kredit faizlərini müəyyənləşdirməkdə sərbəstdir. Amma bir sıra ökələrdə olduğu kimi, kommersiya banklarının kredit faizi  ilə Mərkəzi Bankın mərkəzləşdirilmiş krediti arsında müəyyən əlaqənin yaradılmasına ehtiyac var. Bu da kommersiya banklarının daha aşağı faizli kredit təklif etməsinə səbəb ola bilər. Sığortalanan əmanət faizlərinin 12%-dən 8%-ə endirilməsinə ehtiyac var. Sığortalanan əmanət faizlərinin 12% olması süni faiz artımıdır. Kommersiya banklarının faiz dərəcələrini aşağı salma imkanları var. Bu mümkündür.İlin sonuna kimi kommersiya banklarının apardığı siyasətdən asılı olaraq bu faiz göstəricilərində dəyişikliklər olacaq.  Bu gün  orta kredit faizləri 26%-dirsə, 2014-cü ildə düşünürük ki, bu rəqəm  17% -ə düşəcək”.
İSİM-in iqtisadçı eksperti Rəşad Həsənov isə bildirir : "Azərbaycanda kredit faizləri həddindən artıq yüksəkdir. Hazırda banklar tərəfindən təqdim edilən biznes kreditləri illik 20-30% arası, istehlak kreditləri isə illik 25-40% arasında dəyişir. Bütün bunların qarşılığında ölkəmizin xaricdə idarə edilən maliyyə ehtiyatlarının illik gəliri heç 1%-də olmur. İnkişaf etmiş Qərb ölkələrində isə analoji göstəricilər 2-9% həddində olur. Məsələn, Avropada istehlak kreditləri 5-7%-lə, Almaniyada isə daha az -  2-5%-lə verilir. ABŞ-da istehlak kreditlərinin orta illik göstəricisi təxminən 5%-dir. Bu sahədə qonşu Türkiyə son on ildə ciddi uğur əldə edib. Belə ki, bu müddət ərzində əhaliyə verilən kredit faizləri təxminən 2 dəfə azaldılaraq illik 8-14% həddinə çatdırılıb. Ölkəmizdə isə bu sahədə müəyyən  dəyişiklərin baş verməsinə baxmayaraq, vəziyət cox acınacaqlıdır. Son 8 ildə əhalinin bank kreditlərindən istifadə səviyyəsi 26 dəfə artıb. Bu isə kütləvi borclanmaya səbəb olub.
Ümumiyətlə, beynəlxalq təcrübədə kredit faizləri cəlb edilən maliyəyə görə xərclər, illik infilyasiya və 4-5%-lik bank gəliri cəmlənərək müəyyən edilir. Azərbaycan banklarının kredit aktivləri bir necə qaynaqdan formalaşır. Bunlara digər beynəlxalq kredit təşkilatlarından cəlb edillən vəsaitlər( orta hesabla 6%-lə), Mərkəzi Bank tərəfindən maliyyələşdirmə ( 4.75%) və 10-12%-lə əhalidən cəlb edilən əmanətlər daxildir. Bankların istifadə etdiyi vəsaitlərin illik faiz dərəcəsi təxminən 7% -dir. Dövlət qurumları isə ötən il üçün 1.2% infilyasiya açıqlayıb. 5% isə bank gəlirini daxil etsək, hazırda ölkədə kredit faizləri təxminən 14-16% arasında müəyyən edilməlidir. Kiçik kreditlərdə bank xərclərinin coxluğu nəzərə alınaraq faizlər digərlərinə nisbətən yüksək ola bilər. Lakin rəqabətin zəifliyi və əhalinin kreditə olan tələbatının çoxluğu bankları qane edir ki, kredit siyasətini yumşaltmaq istiqamətində addımlar atmırlar. Digər tərəfdən isə Azərbaycan bankları sələmçilik funksiyasını yerinə yetirir, yüzlərlə başqa bank xidmətləri olduğu halda bunlardan istifadə edilmir və sonda bütün növ rəsmi, qeyri-rəsmi xərcləri vətəndaşların faizləri ilə kompensasiya etməli olur. Bu isə ölkədə bank sistemində ciddi islahatların aparılmalı olduğunu göstərir. Fikrimcə, tanınmış beynəlxalq bankların ölkəmizdə fəaliyəti üçün şərait yaradılmalı və rəqabət mühiti sərtləşdirilməlidir. Xarici bankların Azərbaycana gəlməsi kredit faizlərinin azalmasına, müasir bank xidmətlərinin inkişafına təkan verər.
Həmçinin, hazırda Mərkəzi Bankın ehtiyatları kifayət qədər olduğu üçün kommersiya banklarının maliyələşməsində payını artırmalı və uçot dərəcələrini də 3%-ə qədər endirməlidir ki, bu da müəyyən bəhanələrin aradan qalxmasını təmin edər. Eyni zamanda Neft Fondu ehtiyatlarının da bir qismi ölkə banklarının yenidən maliyyələşdirilməsində istifadə edilməlidir. Son vaxtlar bu problemin həlli istiqamətində dövlət qurumları, o cümlədən, Mərkəzi Bank tərəfindən müəyyən cəhdlərin edildiyi hiss edilir. Ümid edək ki, kredit təşkilatları və Mərkəzi Bank arasında ortaq razılıq əldə edilsin və dünyanın ən bahalı kreditlərindən istifadə edən ölkə vətəndaşlarının maliyə yükü nisbətən azalsın ".

 



Əfruzə AĞAYEVA


Bu yazı 863 dəfə oxunmuşdur.



Şərh yaz

Ad və soyadınız* :
E-mail* :
Şərhiniz* :
XƏBƏR LENTİ
MÜSAHİBƏ
Çox Oxunanlar
Bu Həftə
Bu Ay
RƏSMİ
KRİMİNAL
ULDUZ FALI

LAYİHƏ



LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” İsmayıllı ilin birinci yarısını da uğurlu nəticələrlə başa vurub


















ARXİV

© Mövqe.az 2002-2014 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir

Site by: azDesign.ws

Warning: include_once(../photos/counter.txt): failed to open stream: No such file or directory in /home2/movqe/public_html/v5/index.php on line 1833

Warning: include_once(): Failed opening '../photos/counter.txt' for inclusion (include_path='.:/usr/lib/php:/usr/local/lib/php') in /home2/movqe/public_html/v5/index.php on line 1833




BİZİMLƏ ƏLAQƏ
(+99412) 449 82 44
(+99477) 3550131
[email protected]
Go to Top