4:01, 23 Oktyabr 2014-cü il

A+ Balacalaşdır A+ Böyütmək

Pulla vətəndaşlıq hüququ verən ölkələr-SİYAHI

2014-03-16 15:45:47

Bəzi ölkələr xarici ölkə vətəndaşlarına müəyyən məbləğ müqabilində vətəndaşlıq hüququ verir. Pul qarşılığında vətəndaşlıq verən ölkələri və tələb olunan şərtləri sizə təqdim edirik.

Dominikan Respublikası

Dominikan Respublikasında tək adam üçün 100 min dollar tələb olunsa da, həyat yoldaşı və uşaqlara görə bu məbləğ 200 min dollara qədər yüksəlir.

Avstriya

Avstriyada 6-10 milyon avroluq risk sərmayə investisiyası lazım gəlir. Vəqflərə verilən 2 milyon avroluq ianə müqabilində də vətəndaşlıq hüququ verilir.

İngiltərə


İngiltərə təxminən hər 2,5 dəqiqədə bir vətəndaşlıq verərək 13 ildə 2 milyondan çox insana vətəndaşlıq haqqı tanıyıb.

Makedoniya

Makedoniyada 40 min avroluq daşınmaz əmlak alan xaricilərə bir illik qeydiyyat icazəsi, 400 min avro dəyərində investisiya yatırana və ən az 10 işçi işə götürənlərə isə vətəndaşlıq hüququ verilir.

Bolqarıstan

Bolqarıstanda ən az bir il daimi qeydiyyatı olan və 1 milyon leva (1,2 milyon dollar) və daha çox investisiya yatıran əcnəbilərə vətəndaşlıq hüququ verilir.

Avstraliya

Avstraliyada 4.7 milyon dollarlıq investisiya yatıran əcnəbilərə vətəndaşlıq hüququ verilir.

Almaniya

Almaniyada gərəkli olan minimum investisiya məbləği 250 min avro olaraq müəyyənləşsə də, alman vətəndaşlarının da işə götürülməsi məcburidir.

Kanada

Kanada 400 min dollarlıq investisiya ilə birlikdə, 800 min dollarlıq əlavə hesaba sahib olmasını tələb olunur.

Uruqvay

Uruqvayda vətəndaşlıq hüququ üçün investisiya tələb olunmasa da, adambaşına düşən aylıq gəlirin 1200 dollar olması məcburidir. Əvvəlcə, müvəqqəti qeydiyyat, 3 ildən sonra isə tam vətəndaşlıq verilir. / Modern.az



Bu yazı 277 dəfə oxunmuşdur.



Şərh yaz

Ad və soyadınız* :
E-mail* :
Şərhiniz* :

Bölmənin digər xəbərləri

XƏBƏR LENTİ
MÜSAHİBƏ
Çox Oxunanlar
Bu Həftə
Bu Ay
RƏSMİ
KRİMİNAL
ULDUZ FALI

LAYİHƏ



LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” İsmayıllı ilin birinci yarısını da uğurlu nəticələrlə başa vurub


















ARXİV

© Mövqe.az 2002-2014 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir

Site by: azDesign.ws

Warning: include_once(../photos/counter.txt): failed to open stream: No such file or directory in /home2/movqe/public_html/v5/index.php on line 1833

Warning: include_once(): Failed opening '../photos/counter.txt' for inclusion (include_path='.:/usr/lib/php:/usr/local/lib/php') in /home2/movqe/public_html/v5/index.php on line 1833




BİZİMLƏ ƏLAQƏ
(+99412) 449 82 44
(+99477) 3550131
[email protected]
Go to Top