20:11, 22 Noyabr 2014-cü il

A+ Balacalaşdır A+ Böyütmək

Magistrant oğlanlara hərbi xidmətdən möhlət hüququ verilməsi zərurətə çevrilir

Üzeyir Cəfərov: “Magistrantlara hərbi xidmətdən möhlət verilməsi vacib bir məsələdir”


Məhərrəm Zülfüqarlı: “Magistraturada oğlanlara möhlət verilməməsi gələcəkdə onların təhsildən kənarlaşmasına səbəb olur”


2012-12-21 12:19:56

Məlumdur ki, hazırkı "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən 18 yaşı tamam olmuş Azərbaycan vətəndaşı (kişi) çağırış zamanı hərbi qulluğa çağrılır. Həmin vətəndaşlardan yalnız ali məktəbə qəbul olunanlara, qanunvericiliklə nəzərdə tutulan hallarla üzləşən şəxslərə hərbi xidmətdən möhlət verilir. Ali məktəbə daxil olaraq bakalavr pilləsini başa vuran şəxs isə magistraturada təhsil almaq üçün ilk öncə hərbi xidmətini keçməlidir. 
Elə məhz bu məsələ hazırda mübahisə predmeti olaraq qalmaqdadır. Belə ki, əksər mütəxəssislər hərbi xidmətlə magistratura təhsilinin yerinin dəyişdirilməsini təklif edirlər. Xatırladaq ki.  Bakıda keçirilən "Doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransı”nda çıxışı zamanı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov elm sahəsinə gələn gənclərin çoxunun qız olduğunu bildirib. Rektor onu da əlavə edib ki,  magistraturaya qəbul olan oğlanlara hərbi xidmətdən möhlət hüququ verilməlidir. Müstəqil ekspertlər də irəli sürülən təklifi dəstəkləyirlər. 
Hərbçi ekspert  Üzeyir Cəfərov da magistrantlara möhlət verilməsinin tərəfdarıdır: "Çünki, Azərbaycanda çağırış kontingentində heç bir problem yoxdur. Azərbaycanda kifayət qədər çağırışçı var. Deməli, çağrışçı ilə bağlı  orduda heç bir halda problem yaranmayacaq. Əksinə, bunun daha çox üstünlükləri var. Hətta yaxınlarda Nazirlər Kabineti orta məktəblərdə çağırışaqədər gənclər üçün hərbi hazırlıq dərslərinə silah, o cümlədən qızlar üçün ilkin tibbi anlayışlar təklif olunması ilə bağlı qərar qəbul edib. Bunu çoxdan etmək lazım idi. Çünki, əvvəla bu qanun məktəblərdə nizam - intizamı yüksəldər, həm də orduya gələn gənclərdə müəyyən vərdişlərin yaranmasına səbəb olar. Başqa tərəfdən də yerlərdə gənc əsgərlərin hazırlığı üçün vaxt və vəsaitin sərf olunmasına qənaət olunmuş olar. Çünki, hazırlıqsız gənc ilə hazırlıqlı gənc arasında fərq var. Bundan başqa hərbi qulluqçuların itkiləri azalar. 
Yüksək təhsilli insanlar ordu sıralarına gələndə həm silahla davranışında, həm də hərbi nizam - intizama yüksək səviyyədə cavab verəcək. Belə hadisələrin də sayında azalmalar olacaq. Bu gün gənc 2 dəfə atəş açandan sonra ona silah etibar olunur. Amma silahla düz davranmağı bilmədiyindən ondan ehtiyatsız davrandığına görə, ya özünə, ya da qarşısında dayanana xəsarət yetirir. Ona görə də magistrlərə  hərbi xidmətdən möhlət verilməsi vacib bir məsələdir. Bunu həyata keçirmək lazımdır. Çünki, ümumiyyətlə, hər bir millət öz savadı ilə tanınır. Magistrant elmə meylli insandır. Hətta fikirlər də səsləndirilir ki, bundan sonra hamı magistr olmaq istəyəcək. Xeyr, orta məktəbi bitirdikdən sonra hamı ali məktəbə daxil olmaq üçün imtahan vermir ki? Elmin dalınca bu yolu seçənlər gedir. Eləcə də ali məktəbi bitirənlərin hamısı yox, müəyyən hissəsi magistr olmaq istəyir. Ona görə də onlara şərait yaratmaq lazımdır”.
Təhsil üzrə ekspert Məhərrəm Zülfüqarlı bildirir ki, magistraturada oğlanlara möhlət verilməməsi, gələcəkdə təhsilin yüksək mərhələsində oxuyan oğlanların savad dərəcəsinin aşağı düşməsinə, nisbətən təhsildən kənarlaşmasına səbəb olur: "Çünki, magistrantlar gələcəyin doktorantıdırlar. Amma onları magistraturaya daxil olandan sonra hərbi xidmətə göndərəndə, bir il təhsildən ayıranda, fərqli şəraitdə saxladıqda, sonradan adaptasiya prosesi çox çətin gedir. Düzdür, Azərbaycan müharibə şəraitində olsa da, aktiv döyüş getmir. Bu baxımdan magistrlərə möhlət verilməlidir. Onların magistratura pilləsini bitirdikdən sonra hərbi xidmətə başlaması daha məqsədəuyğun olar. Bu, dəfələrlə təhsillə məşğul olan qeyri - hökumət təşkilatları tərəfindən də qaldırılıb. Təhsilin gələcəyi üçün bu güzəştlər edilməlidir. Yəni, magistraturaya qəbul olunanların  sayı o qədər də çox deyil ki,  onların əsgərliyə getməməsi ordumuzda hansısa çatışmazlığa səbəb olsun”.
Ekspert onu da əlavə etdi ki, magistrantın oğlan və ya qız olmasının elə də əhəmiyyəti yoxdur: "Amma sadəcə olaraq, təbii bir fərq var ki, qızlar ailə həyatı qurandan sonra elmdən bir qədər ayrılırlar. Bu baxımdan oğlanların elmlə məşğul olmasında demək olar ki, fasilələr olmur. Ona görə də göstərilən problem həll olunarsa, balans düzələ bilər. Yəni, oğlanların sayı daha da artar. Həm də əhalinin mütləq əksəriyyəti bu dəyişikliyin olmasının tərəfdarıdır”.


Mübariz Bayramov


Bu yazı 801 dəfə oxunmuşdur.



Şərh yaz

Ad və soyadınız* :
E-mail* :
Şərhiniz* :
XƏBƏR LENTİ
MÜSAHİBƏ
Çox Oxunanlar
Bu Həftə
Bu Ay
RƏSMİ
KRİMİNAL
ULDUZ FALI

LAYİHƏ



LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” İsmayıllı ilin birinci yarısını da uğurlu nəticələrlə başa vurub


















ARXİV

© Mövqe.az 2002-2014 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir

Site by: azDesign.ws

Warning: include_once(../photos/counter.txt): failed to open stream: No such file or directory in /home2/movqe/public_html/v5/index.php on line 1833

Warning: include_once(): Failed opening '../photos/counter.txt' for inclusion (include_path='.:/usr/lib/php:/usr/local/lib/php') in /home2/movqe/public_html/v5/index.php on line 1833




BİZİMLƏ ƏLAQƏ
(+99412) 449 82 44
(+99477) 3550131
[email protected]
Go to Top