Kürdəmirdə "VAZ" yük maşını ilə toqquşdu - Ölən var
Kürdəmir rayonunun Qarasaqqal kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, noyabrın 20-də saat 19 radələrində Kürdəmir rayonunun Qarasaqqal kəndi ərazisində Sabirabad rayon sakini Y.Vəliyevin idarə etdiyi “Shacman” və İsmayıllı rayon sakini Vasif Abbasovun idarə etdiyi “VAZ-21723” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-21723”in sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.