Əlaqə Arxiv
news Image
2019.12.09
10:10
| A A A
Qusarda 15 yaşlı qız dəm qazından boğulub öldü

Qusar rayonunda azyaşlı dəm qazından boğulub.

Mövqe.az-ın məlumatına görə, hadisə Qusar şəhəri, Sahil küçəsi, ev 30-da baş verib.

Həmin ünvanda yaşayan, 2004-cü il təvəllüdlü Niftəliyeva Dursun Vahid qızı yaşadığı evin hamamında duş qəbul edərkən dəm qazından boğulub.

Onun meyiti anası Əmayə Niftəliyeva tərəfindən aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Sizin Reklam Yeriniz