Əlaqə Arxiv
news Image
2019.12.15
17:31
| A A A
Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb, xəsarət alan var

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, qəza Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Axtaçı kənd sakini “Mercedes” markalı avtomobillə rayon istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Nəzarətdən çıxan avtomobil yol kənarındakı gölməçəyə düşüb. 

Sürücü yüngül xəsarət alsa da, avtomobilə ciddi ziyan dəyib. Fakt araşdırma aparılır. 

Sizin Reklam Yeriniz