Əlaqə Arxiv
news Image
2020.01.16
09:42
| A A A
Bakıda 39 yaşlı kişi narkotikin təsirindən xəstəxanada öldü

Bakıda narkomaniyadan əziyyət çəkən şəxs həyatını itirib.

Mövqe.az-ın məlumatına görə, hadisə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində baş verib.

1981-ci il təvəllüdlü Hüseynov Ceyhun Vahid oğlu kəskin psixoloji maddədən zəhərlənmə ilə1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıb. Müalicələrə baxmayaraq, C.Hüseynov xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, C.Hüseynov narkomaniyadan əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz