Əlaqə Arxiv
news Image
2020.02.06
09:26
| A A A
Bakıda çoxmərtəbəli binanın ondördüncü mərtəbəsində yanğın baş verib

Paytaxtın Xətai rayonunda binanın ondördüncü mərtəbəsində yanğın baş verib.

Mövqe.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının ondördüncü mərtəbəsində ümumi sahəsi 120 m² olan mənzilin mətbəxində paltaryuyan, qabyuyan və mətbəx mebeli 2 p.m yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizin Reklam Yeriniz