Əlaqə Arxiv
news Image
2020.02.09
11:44
| A A A
Bərdədə ağır yol qəzasında qadın sərnişin ölüb, yaralılar var

Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mövqe.az-ın verdiyi məlumata görə, hadisə rayonun Alpout kəndi ərazisində qeydə alınıb. 

Belə ki, rayon sakini Rizvan Məmmədov idarə etdiyi "VAZ-2107" avtomobillə hərəkətdə olan zaman "VAZ-2106" markalı avtomobillə toqquşub. 

Nəticədə "07"də olan rayonun Məmmədli kənd sakini Adilə Əzizova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hər iki avtomobilin sürücüləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar "təcili yardım" avtomobillləri ilə xəstəxanaya çatdırlıblar. 

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz