Əlaqə Arxiv
news Image
2020.02.12
10:00
| A A A
Bakıda 4-cü kurs tələbəsi dəm qazından öldü

Bakıda gənc qız dəm qazından boğulub.

Mövqe.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Mirzə Davud küçəsi, ev 45 ünvanında baş verib.

Həmin ünvanda yaşayan, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin 4-cü kurs tələbəsi, 2000-ci il təvəllüdlü Nigar Rəhmanova hamamda dəm qazından boğularaq ölüb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanılıb.

Sizin Reklam Yeriniz