Əlaqə Arxiv
news Image
2020.02.17
09:44
| A A A
Bakıda yol qəzası oldu, xəsarət alan var

Bakıda yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda "Hyundai" markalı minik avtomobili və “Mercedes” markalı yük avtomobili toqquşub. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Sizin Reklam Yeriniz