Əlaqə Arxiv
news Image
2020.02.17
14:47
| A A A
Avtomobilini hasara çırpan sürücü öldü

Kəpəz rayonunun Hacıkənd qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, fevralın 16-da saat 16 radələrində Kəpəz rayonunun Hacıkənd qəsəbəsi ərazisində Gəncə şəhər sakini Cəlal Mustafayev idarə etdiyi “Niva” markalı avtomobili yolun kənarındakı hasara vurub.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sizin Reklam Yeriniz